"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsertlər keçirilir

Martın 16-da Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin Novruz bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün konserti olub. 

Konsertdən əvvəl Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov çıxış edərək muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” bu qayğının bariz nümunəsidir. Dövlət proqramında muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlər nəzərdə tutulub. Pro­qramla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı təsdiq edilib.

Sonra sağlamlıq imkanları məhdud uşaqlar üçün hazırlanmış konsert olub. Musiqi məktəblərinin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarından Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Bakıxanov, dünya klassik musiqisinin görkəmli nümayəndələri Şopen, Bax və başqalarının əsərləri səsləndirilib. 
Qeyd edək ki, 2 gün bundan əvvəl Şərur rayonunda start verilən bu konsertlər muxtar respublikanın başqa rayonlarında da keçirilir.

Belə ki, həmin gün Babək Rayon Uşaq Musiqi Məktəbində də sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert təşkil edilib. Novruz bayramı günlərində Şərur, Ordubad, Culfa, Şahbuz və başqa bölgələrdə də sağlamlıq imkanları məh­dud uşaqlar üçün konsertlər təşkil olunacaq.

00372356
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
558
506
1954
2580
372356

Tarix: 06-12-2019
Biz, sosial şəbəkələrdə: