"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclərin ekskursiyası təşkil olunub

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.

Batabat Astrofizika Rəsədxanasında olan gənclərə bildirilib ki, bu elmi-tətqiqat müəssisəsi 1970-ci ildə dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yaradılmışdır. Rəsədxanada Günəş sisteminin öyrənilməsi sahəsində elmi tədqiqatlar aparılmaqdadır. Rəsədxanada astronometrik müşahidələr də həyata keçirilməkdədir. Qeyd edilmişdir ki, son illər rəsədxanada yeni avadanlıqlar quraşdırılmış və elmi tədqiqatların sahəsi genişləndirilmişdir.

Sonra gənclər Şahbuz Dövlət Təbiət Qoruğuna yollanmışlar. Burada onlara bildirmişlər ki, 2003-cü ildə yaradılan Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılması bu ərazinin genetik fondunun, bioloji müxtəlifliyinin qorunmasına xidmət edir. Qoruğun ərazisində müxtəlif mineral bulaqlar vardır. Ərazidə palıd, ardıc, vələs, Araz palıdı, yemişan, yabanı alma, alça, acı badam, daş armud və başqa ağac, kollara rast gəlmək mümkündür. Qoruq həm də dərman bitkiləri ilə zəngindir. Bildirilib ki, qoruğun yerləşdiyi ərazidə müxtəlif quş növləri və vəhşi heyvanlara da rast gəlmək mümkündür. Bütün bunlar Naxçıvan təbiətinin, onun flora və faunasının zənginliyindən xəbər verir.

Gənclər ekskursiyadan xoş təəssüratla qayıtmışlar.

00823771
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
159
143
617
4672
823771

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: