"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Növbəti "Nağıl günü" keçirilib

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi "Nağıl günləri"ni davam etdirirlər. Kitabxana kollektivi mayın 23-də Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçasında olmuş, uşaqlara "Qazların duası" nağılını danışmışlar.

Sonra onlar nağıl ətrafında uşaqlarla sual-cavab, müzakirə aparmış, uşaqlara nağılın mahiyyətini göstərərək ağılın hiyləyə həmişə qalib gəldiyini ətraflı çatdıra bilmişlər.

Sonra kitabxanaçılar uşaqlara "Dəcəl dovşan" cizgi filmini nümayiş etdirmiş, "Uşaqların nağıl dünyası" başlıqlı kitab sərgisinə baxış keçirilmişdir.

01010723
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
445
1500
186281
1010723

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: