"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Muxtar respublikamızı tanıyaq” mövzusunda keçirilən foto-müsabiqənin qalibləri mükafatlandırılacaq

May ayının 24-də Naxçıvan Turizm İnformasiya Mərkəzində “Muxtar respublikamızı tanıyaq” mövzusunda keçirilən foto-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Müsabiqə iştirakçılarını tədbirdə iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, 01 yanvar  2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixədək muxtar respublikada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muxtar respublikamızı tanıyaq” başlığı altında “Ən yaxşı Naxçıvanın təbiəti fotoşəkli”, “Ən yaxşı memarlıq abidəsi fotoşəkli” və “Ən yaxşı mədəni irs nümunəsi fotoşəkli” nominasiyaları üzrə foto-müsabiqə keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılması, gənclərin təbliğat işində fəallığının artırılması, iştirakçıların bacarıqlarının və ideyalarının üzə çıxarılması və ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.

Müsabiqəyə 43 iştirakçı müraciət etmiş və üç nominasiya üzrə ümumilikdə 300 fotoşəkil təqdim edilmişdir.

Təqdim olunmuş fotoşəkillərin qiymətləndirilməsi, qaliblərin müəyyənləşdirilməsi məqsədilə 5 nəfərdən ibarət münsiflər heyəti yaradılmış və fotoların seçilməsi iki mərhələdə aparılmışdır. Birinci mərhələdə 58 foto seçilərək ikinci mərhələyə keçmişdir. Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirməsi nəticəsində əsas meyar kimi fotoşəklin müsabiqənin məqsədinə uyğunluğu, orijinallığı, asan qavranılması və keyfiyyəti nəzərə alınmışdır.

İkinci mərhələdə fotoşəkillər seçilmiş, müsabiqədə elan olunmuş “Ən yaxşı memarlıq abidəsi fotoşəkli”, “Ən yaxşı Naxçıvanın təbiəti fotoşəkli” və “Ən yaxşı mədəni irs nümunəsi fotoşəkli” nominasiyaları üzrə I, II və III yerlər müəyyənləşmişdir.

Yekun nəticəyə görə müsabiqədə elan olunmuş nominasiyalar üzrə I, II, III yerləri tutan iştirakçılara və fəal iştirakçılara diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaqdır.

00823779
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
167
143
625
4680
823779

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: