"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan “AITF-2017”-də təmsil olunacaq

Aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF-2017” sərgisi keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən Naxcivantv.az-a  bildirilib ki, muxtar respublika sərgidə “Naxçıvan” stendi ilə təmsil olunacaq. Stenddə muxtar respublikaya dair təbliğat materialları, turizm marşrutlarını əks etdirən bukletlər, mehmanxanaların reklam materialları nümayiş etdiriləcək. Sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və mehmanxanaların nümayəndələri iştirak edəcək.

Sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir araya gətirəcək. Sərgidə Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə, yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Roqaşka Slatina (Sloveniya) və Stavropol vilayəti (Rusiya) isə regional stendlə iştirak edəcəklərini təsdiq ediblər.

Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

Beləliklə, “AITF” sərgisi növbəti dəfə müxtəlif işgüzar tapşırıqların həlli, yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

00824148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
187
349
994
5049
824148

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: