"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikaya gələn turistlərin sayı ilbəil artır

Muxtar respublikaya gələn turistlərin sayı ilbəil artırCari ilin yanvar-fevral  ayları  ərzində muxtar respublikaya 44 min 672 nəfər turist gəlib ki, bu da bir il öncəki  göstəricidən 6,8 faiz çoxdur. 

Novruz bayramı ilə əlaqədar olaraq muxtar respublikaya gələn turistlər üçün də otellərdə hər cür şərait yaradılıb. Bu il mehmanxanalarda qalan turistlər üçün info-turlar da təşkil olunacaq.

Beş ulduzlu “Təbriz” mehmanxanasından bildirilib ki, oteldə Novruz bayramı ilə əlaqədar olaraq hazırlıqlar görülüb. Naxçıvana turist axını ilə əlaqədar otel tamamilə dolub. Qonaqlar arasında İrandan gələnlər çoxluq təşkil edir. Mart ayının 16-dan başlayaraq turistlər üçün konsertlər və əyləncəli proqramlar təşkil olunub.

"Təbriz" mehmanxanasının 95 nömrəsi var. Otel 250 nəfər qonaq qəbul edə bilir. Mehmanxanada 150 nəfərlik kiçik və 550 nəfərə xidmət göstərən böyük banket zalı fəaliyyət göstərir. Mehmanxananın müdiri bildirdi ki, bu il turistlər üçün yeniliklər də nəzərdə tutulub. Yeniliklərdən biri turistlərin muxtar respublikanın tarixi və təbiət ərazilərinə pulsuz səyahətinin təşkilidir.

Bayram günlərində istirahətlərini “Duzdağ” mehmanxanasında keçirən turistlər də az deyil. Mehmanxananın 350 nəfər qonaq tutumu var. Burada həmçinin idman kompleksi, üzgüçülük hovuzu, sauna, 7 kottec fəaliyyət göstərir.

Otelin rəhbərliyindən bildiriblər ki, burada qalan qonaqlar gün ərzində 2 dəfə olmaqla gəzintilərə çıxarılırlar. Onlara muxtar respublikamızın tarixi abidələri, muzeyləri, gəzməli-görməli yerləri tanıdılır.  Həmçinin bura gələn turistlərə Naxçıvan mətbəxinin ləziz nümunələri də təklif olunur.  Burada bəzədilmiş Novruz süfrələri də diqqəti  cəlb edir.

Qeyd edək ki, hazırda muxtar respublikada turizim fəaliyyətinə lisenziya alan 4 fiziki və 3 hüquqi şəxs, 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Həmçinin muxtar respublikada 29 muzey və muzeytipli müəssisə, 1200-dən çox  tarix-mədəniyyət abidəsi vardır.

01008407
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
396
178034
183965
1008407

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: