"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda bal festivalı uğurla başa çatdı

15-16 oktyabr 2016-cı il tarixlərində "Naxçıvanqala Tarix- Memarlıq Muzey Kompleksində" "Arıçılıq məhsulları - Bal" festivalı keçirilib. Muxtar respublikanın bütün rayon və şəhərlərindən 210 arıçının qatıldığı festival 2 gün davam edib.

Bildirilib ki, festivalda nümayiş olunan məhsullar arıçılar tərəfindən sərbəst qiymətə satılıbdır. Süzmə balın qiyməti 20-30 manat arası dəyişib.Nümayiş olunan arıçılıq məhsullarının keyfiyyəti yoxlanılmış və keyfiyyətsiz bal aşkar edilməyib.

Festivalda münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən arıçılar qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qiymətləndirmə zamanı arıçılıq məhsullarının keyfiyyəti və məhsulun çeşidinin çoxluğu əsas götürülüb.

I yerə - Şərur rayonundan Məhəmməd Cəfərov, Şahbuz rayonundan Etibar Məmmədov və Naxçıvan şəhərindən Vaqif Məmmədov

II yerə - Culfa rayonundan Kamil Məmmədov, Həsən Məmmədov və Ordubad rayonundan Nizami Əliyev

III yerə - Babək rayonundan Mehman Hüseynov, Sədərək rayonundan Abdulla Sadiqov və Kəngərli rayonundan Şəmil Hüseynov layiq görülüblər. 

Qeyd edək ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunub. 

Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artırılıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.

 

01008395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
396
178022
183953
1008395

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: