"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvanın zəngin turizm potensialının təbliği və tanıdılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir turizm infrastrukturu yaradılır. Bu il Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsi, internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələrin yaradılması və gənclərin bu sahədə fəallığının artırılması barədə aid təşkilatlara konkret tapşırıqlar verilmişdir. Müşavirədə verilən tapşırıqların icrası diqqətdə saxlanılmış, 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiyası keçirilmişdir. 

Bununla bağlı Naxçıvan haqqında 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlanaraq və 280-dən çox saytın siyahısı tərtib edilərək Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Naxçıvan Dövlət Televiziyasına, “Şərq qapısı” qəzetinə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Naxçıvan bürosuna və “Naxcivanxeberleri.com” informasiya saytına paylaşmaq üçün təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi üzrə aksiyada 500 nəfərdən çox adam iştirak etmiş, 17 mindən çox paylaşım, 110 mindən çox bəyənmə sayı qeydə alınmışdır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında 1491 izlənmə olmuş, 170 müxtəlif sayta foto və videomateriallar göndərilmiş, mərkəzin sosial şəbəkələrdəki səhifələrində 25 mindən çox bəyənmə, 210 mindən artıq baxış sayı qeydə alınmışdır. Gənclər Fondunun sosial şəbəkələrdəki səhifələrində 22 minə yaxın baxış sayı, 580 bəyənmə və 362 paylaşım olmuşdur. Gənclər və İdman Nazirliyi tərəfindən paylaşılan materiallara isə 400 mindən çox baxış olmuşdur. Naxçıvan Dövlət Televiziyası tərəfindən paylaşılan materiallara 83 min 209 baxış, “Şərq qapısı” qəzetinin sosial şəbəkələrdəki səhifələrində və internet saytında paylaşılan materiallara isə 15 minə yaxın baxış olmuşdur. “Naxcivanxeberleri.com” informasiya saytı tərəfindən 103 xəbər agentliyinin saytına və 50 digər qrupa göndərilmiş materiallar 35 saytda dərc olunmuşdur. Aksiyada ali təhsil müəssisələri də fəal iştirak etmişdir. Belə ki, Naxçıvan Dövlət Universiteti üzrə aksiyada 310 tələbə iştirak etmişdir. Tələbələr sosial şəbəkələrdə 3900-ə yaxın foto və video paylaşmış, 7000-ə yaxın bəyənmə sayı qeydə alınmışdır. “Naxçıvan” Universitetindən isə 210 tələbə aksiyada iştirak etmiş, sosial şəbəkələrdə 3600-dən çox foto və video paylaşılmış, 15 min 153 bəyənmə sayı qeydə alınmışdır. Ümumilikdə, “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet aksiyasında Naxçıvanın tanıtımı ilə bağlı 273 sayta məlumat göndərilmiş, 36 saytda material dərc edilmiş, sosial şəbəkələrdə 45 mindən çox paylaşım, 210 mindən çox bəyənmə və 700 minə yaxın baxış sayı qeydə alınmışdır.

 

 

00824166
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
205
349
1012
5067
824166

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: