"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələr 14 dekabr 2020-ci il tarixdə “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır. Artan tələbata uyğun olaraq muxtar respublikamızda mehmanxana şəbəkəsinin daha da genişləndirilməsi, yeni mehmanxana binalarının tikilməsi məsələsi öz aktuallığını qoruyub saxlayır.

Məruzəçi mehmanxana fəaliyyətinin təşkili, mehmanxanaların növləri, mehmanxana və mehmanxana tipli müəssisələrin qiymətləndirilməsi, bu müəssisələrdə dövlət standartlarının tətbiqi qaydaları, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi sahəsində müəyyən edilmiş prosedurlar və qanunvericiliyin tələbləri haqqında tələbələrə geniş məlumat vermişdir. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 19 avqust 2020-ci il tarixli 143 nömrəli Qərarına əsasən “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikasının ərazisində mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması məqsədilə hazırda koronavirus infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu göstəricilər əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuş Qaydalarda əksini tapmış zəruri sanitariya və gigiyena tələbləri, profilaktik tədbirlər yoluxma riskinin minimuma endirilməsinə hesablanmışdır. Dünyada pandemiyanın sürətlə yayılması fonunda muxtar respublikada fəaliyyət göstərən mehmanxanalar adıçəkilən Qaydaların tələblərinə riayət etməklə yoluxma riskinin minimuma endirilməsi sahəsində görülən işlərə öz töhfəsini verməyə çalışmalıdır. Məhz fəaliyyətində tələb olunan sanitariya və gigiyena standartları və normalarına əməl olunmasını təmin etdiyinə görə  “Saat Meydanı” Hoteli Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən sanitariya və gigiyena sertifikatı ilə təmin edilmişdir.

Sonra “Saat Meydanı” Hotelinin qəbul-qeydiyyat şöbəsinin müdiri Sadiq Məmmədov çıxış edərək “Saat Meydanı” Hotelinin ümumi fəaliyyəti, xidmət bölmələri arasında münasibətlərin koordinasiyası, turist məmnunluğunu təmin etmək üçün həyata keçirilən tədbirlər, işçi heyətin hazırlığının yüksəldilməsi və qabaqcıl xidmət üslubunun tətbiqi sahəsində görülən işlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Hoteldə mövcud olan şərait ən həssas müştərini belə razı salmağa imkan verir.

Çıxışlardan sonra mehmanxananın qəbul-qeydiyyat və restoran bölmələrinin fəaliyyəti, qonaqlara göstərilən əlavə xidmətlər, otaqların şəraiti, pandemiya dövründə hoteldə həyata keçirilən təmizlik-dezinfeksiya tədbirləri, bu məqsədlə tətbiq olunan işarələmələr və nümayiş olunan məlumat lövhələri haqqında tələbələrə geniş məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, istehsalat təcrübəsi dekabr ayının sonunadək davam edəcəkdir.

01010902
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
445
1679
186460
1010902

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: