"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat mərasimi keçirilmişdir

 

24 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 27 sentyabr - Ümumdünya Turizm Günü” və “Turizm İşçiləri Günü” peşə bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat mərasimi keçirilmişdir. “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilən tədbirdə muxtar respublikanın turizm sektoru nümayəndələri və turizm könüllüləri iştirak etmişdir.

dbirin aparıcısı muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-i ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği mühüm amildir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat işi istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Həmçininturistlərin məlumatlılığının artırılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən turizm obyektləri ilə məlumat mübadiləsi aparılır, müxtəlif istiqamətli turizm marşrutlarını əks etdirən bukletlər çap edilərək Mərkəzə müraciət edən turistlərə təqdim olunur. 

Vurğulanmışdır ki, ötən dövr ərzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir. Hazırda Tədbirlər planının icrası istiqamətində sistemli iş aparılır. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendi və loqosuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının özünəməxsus yerli destinasiya loqosu hazırlanmışdır. 

Əkbər Novruzov göstərilən böyük diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə bütün turizm işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, bütün turizm sektorunun nümayəndələrini “Turizm İşçiləri Günü” peşə bayramı münasibətilə təbrik edərək muxtar respublikada turizm sektorunun inkişafı naminə fəaliyyətlərində uğurlar arzulamışdır

Tədbirdə “Nəqşicahan Holding Şirkətlər Qrupu” MMC-nin direktor müavini Rifat Mahmudov çıxış edərək holdinqin tabeliyində olan turizm müəssisələrinin fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, koronavirus pandemiya dövründə sanitariya və gigiyena qaydalarına riayət edilməsi diqqət mərkəzində saxlanılmış, Holdinqin mehmanxana və digər ictimai iaşə müəssisələrinin fəaliyyəti daha çox daxili turizmin inkişafına yönəldilmişdir.

qdimat mərasiminin sonunda Naxçıvan Muxtar Respublikasının Turizm loqosunun təqdimat videoçarxı nümayiş olunmuşdur.

00823956
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
344
143
802
4857
823956

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: