"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm sahəsinə diqqət davamlı xarakter almışdır

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada həyata keçirilən mühüm tədbirlər nəticəsində əldə olunmuş davamlı inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri qədim diyarın simasını dəyişmiş, turizmin inkişafına yeni imkanlar yaratmışdır.

Turizm iqtisadi fəaliyyətin mühüm gəlirgətirən sahələrindən biri olub səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır.

Muxtar respublikanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, mühüm müalicə yerləri – Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafına şərait yaratmışdır.

 

Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində turizm və otelçilik ixtisaslarının açılması, İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd keçid rejiminin sadələşdirilməsi, beynəlxalq marşrutların təşkili turizmin inkişafını sürətləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın, “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığını təmin etmişdir. 

2019-cu ildə xarici ölkələrdə təşkil olunmuş turizm sərgilərində muxtar respublikanın turizm potensialı geniş şəkildə təbliğ olunmuş, Naxçıvan Muxtar Respublikasına 15 gün müddətinə səfər edən İran İslam Respublikası vətəndaşları üçün viza rejimi ləğv edilmişdir.

Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi, Turizm Departamenti üçün inzibati bina istifadəyə verilmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir.

Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin və muxtar respublikanın təhlükəsiz region kimi tanınmasının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415,9 min turist gəlmişdir. Bu da 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur.

Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür”.

Turizmin inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi, Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin yaradılması ­hazırda davam etdirilir.

Muxtar respublikada ətraf mühitin qorunması istiqamətində görülən mühüm işlər, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yaradılan müasir şərait turizmin inkişafını daha da sürətləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti

"Şərq qapısı" qəzeti

04.02.20

 

 

01010816
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
95
445
1593
186374
1010816

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: