"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin inkişafı diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2019-cu ilin noyabr ayında turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, ötən ay Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı təşkil edilmiş, tələbələrin muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda təcrübə keçmələri təmin olunmuşdur. Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş olmuş, onlara muxtar respublikanın turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər paylanmışdır.

Ötən ay Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzin sosial şəbəkələrdəki səhifə və qruplarına muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialı, türk-islam mədəniyyəti abidələri haqqında məlumatlar turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.

Noyabr ayında “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən milli mətbəx nümunələrinin tədqiqi və təbliği istiqamətində işlər davam etdirilmiş, Naxçıvan Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ ­keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti

00501298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
104
1007
4375
501298

Tarix: 28-11-2020
Biz, sosial şəbəkələrdə: