"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bakı Konqres Mərkəzində “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb

29 noyabr 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” tədbiri öz işinə başlayıb.

Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə 1500-dən çox iştirakçı qatılıb. Sammitdə muxtar respublikamızı Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, həmçinin bir qrup nümayəndə heyəti təmsil edir. 

Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar keçiriləcək.

Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzularını əhatə edəcək.

Tədbir zamanı turizm sahəsinin aparıcı iştirakçıları tərəfindən yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələrlə bağlı müzakirələrin aparılması, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yollarının irəli sürülməsi nəzərdə tutulub.

 

İstinad:

https://tourism.gov.az/news/bakida-azerbaycan-turizm-sammiti-2019-kechirilir

 

00823945
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
333
143
791
4846
823945

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: