"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb

Türkiyənin Van şəhərində sentyabrın 26-29-dək ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb. 16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin nümayəndə heyəti təmsil edib. Artıq 10-cu ildir keçirilən sərgidə Ermənistan iştirak etməkdən imtina edib. Çünki bədnam qonşular indiyə qədər bu cür sərgilərdə Azərbaycana məxsus mədəniyyət nümunələrini “özününküləşdirərək” dünya ictimaiyyətinə təqdim etməyə çalışıblar. Bu dəfə isə ermənilərin saxtakarlığının qarşısı sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti tərəfindən qətiyyətlə alınıb və nəticədə işğalçı ölkə əlamətdar beynəlxalq sərgidə iştirak etməyib.

Sərgidə Naxçıvan Muxtar Respublikası 52 kvadrat metrlik sahədə ayrıca  stendlə təmsil olunub. Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi “Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını xüsusilə cəlb edib. Stenddə muxtar respublikada yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin sərgi iştirakçıları monitor vasitəsilə nümayiş edilən Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxları maraqla izləyiblər. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub.

Naxçıvan Muxtar Respublikasında istehsal olunan Sirab, Badamlı, duz və Naxçıvan brendi olan digər məhsullar da beynəlxalq sərgidə nümayiş etdirilib. Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində geniş məlumatlar verilib. Həmçinin sərgidə iştirak edən digər ölkələrin  nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib, qarşılıqlı  əlaqələr ilə bağlı məsələlər müzakirə edilib, muxtar respublikanın turizm potensialı təbliğ olunub.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

00372060
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
262
506
1658
2284
372060

Tarix: 06-12-2019
Biz, sosial şəbəkələrdə: