"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yarım ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin kollegiya iclasını departamentin direktoru Əkbər Novruzov açıb.

Bildirilib ki, 2019-cu ilin birinci yarım ili ərzində Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların yenilənməsi təmin olunub. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə muxtar respublika ilə bağlı təbliğat materialları daxil edilib. Həmçinin Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən mehmanxana və tur operatorun elektron poçt ünvanına muxtar respublikanın turizm potensialı ilə bağlı məlumatlar göndərilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində turistlərin məlumatlılığının da artırılması diqqət mərkəzində saxlanılıb. 23 aprel 2019-cu il tarixdə Bakışəhərində keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında iştirak edilib və muxtar respublikanın turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat verilib. Naxçıvanın turizm bölgələrinin tanıdılması məqsədilə Gürcüstanın Batumi şəhərində keçirilən turizm sərgisinə və İranın Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi “II Səhiyyə Turizmi Konfransı və Sərgisi”nə təbliğat materialları göndərilib.

Departamentin hamiliyinə verilmiş tələbələrin istehsalat təcrübəsi keçmələri təmin edilib.

Vurğulanıb ki, yaradılan müasir infrastrukturun müsbət nəticəsi olaraq 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 196 min 474 turist gəlib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Məruzə ətrafında çıxışlar dinlənilib.

"Şərq qapısı" qəzeti

00343785
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
531
65
1510
3671
343785

Tarix: 17-08-2019
Biz, sosial şəbəkələrdə: