"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ərəbistanın turizm firmaları Naxçıvanı təbliğ edir

Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında Naxçıvan Muxtar Respublikası haqqında ərəb dilində məlumat yerləşdirilmiş, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillər paylaşılmışdır.

“Qafqazın incisi, İslam Mədəniyyətinin Paytaxtı” sərlövhəli yazıda Naxçıvanın tarixinə nəzər salınır, muxtar respublikada 1200-dən artıq dünya və yerli əhəmiyyətli tarixi abidənin olduğu qeyd edilir. Diqqətə çatdırılır ki, qədim tarixə malik olan Naxçıvan şəhəri güclü dövlətlərin, o cümlədən Atabəylər dövlətinin paytaxtı olmuş, burada elm, mədəniyyət və sənətkarlıq geniş inkişaf etmiş, islami dəyərlər yaşadılmışdır.

Yazıda muxtar respublikanın müasir inkişafından da bəhs olunur və vurğulanır ki, hazırda qədim Naxçıvan müasir inkişaf mərhələsindədir. Eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında turizm üçün geniş imkanlar vardır. Təbiəti, tarixi abidələri və müalicə mərkəzləri turistlər üçün ideal yerlərdir.

Ərəbistanın Azərbaycana turlar təşkil edən turizm firmalarının “Twitter” sosial şəbəkə hesablarında isə muxtar respublikanın inkişafını və turizm potensialını təbliğ edən 4 videomaterial və 12 fotoşəkil paylaşılmışdır. 

Qeyd edək ki, istər Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının internet saytlarının, istərsə də turizm firmalarının sosial şəbəkə hesablarının milyonlarla izləyicisi vardır.

00823900
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
288
143
746
4801
823900

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: