"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Oktyabr ayında muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülüb

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən   2018-ci ilin oktyabr ayı ərzində turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Ay ərzində reklam materiallarının hazırlanması diqqət mərkəzində saxlanılmış, “Naxçıvan şəhəri üzrə turist xəritəsi”nin layihəsi hazırlanıb ilkin baxış üçün təqdim edilmişdir.

Naxçıvan Turizm İnformasiya Mərkəzində də təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzə müraciət etmiş 13 nəfər (1-i Naxçıvan Muxtar Respublikasından, 1-i Bakı şəhərindən, 3-ü İran İslam Respublikasından, 2-si Türkiyədən, 1-i Kanadadan, 1-i Rusiyadan, 1-i Çexiyadan, 1-i İspaniyadan, 1-i Almaniyadan, 1-i isə Yaponiyadan) yerli və xarici turistin maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılmış, daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 1, telefon vasitəsilə 3 müraciət daxil olmuşdur.

Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialının təbliği istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Facebook sosial şəbəkəsinə 93 məlumat daxil edilmiş, 23390 baxış sayı qeydə alınmışdır. Həmçinin təbliğat xarakterli məlumatlar twitter və google+ səhifələrində də yayımlanmışdır. Sosial şəbəkələrə yerləşdirilmiş məlumatlar eyni zamanda Mərkəzin instagram səhifəsində də işıqlandırılmışdır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə Naxçıvan Muxtar Respublikası haqqında müxtəlif təbliğat xarakterli məlumatlar mütəmadi olaraq daxil edilmiş və turizm potensialının tanıdılması diqqət mərkəzində saxlanılmışdır. Oktyabr ayı ərzində Mərkəzin rəsmi internet səhifəsinə 1839 baxış sayı olmuş və ümumilikdə 282775  baxış sayı qeydə alınmışdır.

“Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” ilə bağlı təbliğatın gücləndirilməsi məqsədilə Mərkəzin sosial şəbəkələrdəki qrup və səhifələrinə islam mədəniyyəti abidələri haqqında məlumatlar və fotoşəkillər mütəmadi daxil edilir. Naxçıvan Muxtar Respublikasının turizm potensialı, Naxçıvanın türk-islam mədəniyyəti abidələri haqqında məlumatlar Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.

Cari ilin oktyabr ayı ərzində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, 1-i “Naxçıvan Dövlət Televiziyası”nda və 1-i “Naxçıvanın səsi” radiosunda olmaqla məlumatlandırıcı müsahibələr verilmişdir.

Yaradılmış müasir infrastrukturun müsbət nəticəsi olaraq 2018-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 333745 nəfər turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 0,3% və ya 992 nəfər çoxdur.

00823985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
349
831
4886
823985

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: