"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Avqust ayında muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülüb

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən   2018-ci ilin avqust ayı ərzində turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Ay ərzində reklam materiallarının hazırlanması istiqamətində iş aparılmış, “Naxçıvan Muxtar Respublikası turist marşrutları xəritəsi”nin layihəsi hazırlanmışdır.

Naxçıvan Turizm İnformasiya Mərkəzində də təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzə müraciət etmiş 21 nəfər (9-u Naxçıvan Muxtar Respublikasından, 3-ü Bakı şəhərindən, 3-ü Amerika Birləşmiş Ştatlarından,   2-si Belçikadan, 2-si Almaniyadan, 1-i Fransadan, 1-i Çindən olmaqla) yerli və xarici turistin maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılmış, daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 4, telefon vasitəsilə 21 müraciət daxil olmuş və sorğuların cavablandırılması diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialının təbliği istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Facebook sosial şəbəkəsinə 127 məlumat daxil edilmiş, 41323 baxış sayı qeydə alınmışdır. Həmçinin təbliğat xarakterli məlumatlar twitter və google+ səhifələrində də yayımlanmışdır. Sosial şəbəkələrə yerləşdirilmiş məlumatlar eyni zamanda Mərkəzin instagram səhifəsində də işıqlandırılmışdır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə Naxçıvan Muxtar Respublikası haqqında müxtəlif təbliğat xarakterli məlumatlar mütəmadi olaraq daxil edilmiş və turizm potensialının tanıdılması diqqət mərkəzində saxlanılmışdır. Avqust ayı ərzində Mərkəzin rəsmi internet səhifəsinə 13007 baxış sayı olmuş və ümumilikdə 268912  baxış sayı qeydə alınmışdır.

“Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” ilə bağlı təbliğatın gücləndirilməsi məqsədilə Mərkəzin sosial şəbəkələrdəki qrup və səhifələrinə islam mədəniyyəti abidələri haqqında məlumatlar və fotoşəkillər mütəmadi daxil edilir. “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” rəsmi internet səhifəsi və muxtar respublikanın turizm potensialı haqqında məlumatlar  Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.

Yaradılmış müasir infrastrukturun müsbət nəticəsi olaraq 2018-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 225659 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Cari ilin avqust ayı ərzində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, 2-si “Naxçıvan Dövlət Televiziyası”nda, 2-si isə “Naxçıvanın səsi” radiosunda olmaqla məlumatlandırıcı müsahibələr verilmişdir.

01010718
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
442
533
1495
186276
1010718

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: